Əməkdar artist Elnarə Abdullayeva plastik əməliyyat etdirəcək.
Axşam.az xəbər verir ki, xanəndə gözünün üstündəki artıq ətdən və gözaltı qırışlardan xilas olmaq üçün bıçaq altına yatacaq. Bu haqda aparıcı-aktyor Sərxan Kərəmoğlu paylaşım edib.
Elnarə bildirib ki, eyni zamanda gözlərini dartdıracaq. O, "qazayağı" görünüşdən xilas olmaq istədiyini vurğulayıb:
"İynə vurdurdum, pis oldum, səsim də batdı. Mənə iynə düşmür".
Qeyd edək ki, E.Abdullayeva hər zaman açıqlamalarında plastik əməliyyatı pisləyir, heç vaxt etdirməyəcəyini deyirdi.