Tolik universitetə qəbul oldu

Tolik universitetə qəbul oldu
14314 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı, prodüser Tarix Əliyev universitetə qəbul olub. 

Axşam.az xəbər verir ki, o, İstanbul Universitetinə "Siyasət və dövlət idarəçiliyi" fakültəsində təhsil alacaq. Bununla bağlı Tolik özü məlumat yayıb.

"Dostlar, bilirsiniz ki, prodüser və aparıcı olaraq çalışsam da, hər zaman siyasətə çox marağım olub. Hətta Almaniyada yaşadığım 2 il ərzində siyasi qruplarda çox aktiv olmuşam və siyasətə marağım hər zaman olub. İnşallah, bəlkə gələcəkdə siyasətçi oldum" deyə, Tolik paylaşımında yazıb.