"Nisə Qasımova toxunulmazdır" - Muraddan Ceyran Haşımovaya

"Nisə Qasımova toxunulmazdır" - Muraddan Ceyran Haşımovaya
3934 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, Xalq artisti Ceyran Haşımova Xalq artisti Nisə Qasımovadan incidiyini açıqlayıb. 

Axşam.az xəbər verir ki, musiqiçinin müğənninin ünvanına dediyi "Nisə Qasımova nankor insandır. Ona yalvarmayacağam ki, gəlsin, məni axtarsın. Nisəyə haqqımı halal etmirəm. Heç zaman da ona haqqımı halal etməyəcəyəm, çünki onun üzərində dünyanın zəhmətini çəkmişəm" sözləri birmənalı qarşılanmayıb. 

C.Haşımovaya müğənni Murad Arif cavab verib. O, Axşam.az-ın instaqram səhifəsinə rəy yazaraq, bunları qeyd edib:

"Bu söhbətlərin heç yeri yoxdur. Xüsusən də indi... Nisə Qasımova hər halıyla toxunulmazdır, xalqın dəyərlisidir. Necəsə parlayacaqdı. Tanrının yazısıdır və vergisidir".