Yusif Eyvazovdan Opera və Balet Teatrın təmiri ilə bağlı - Açıqlama

Yusif Eyvazovdan Opera və Balet Teatrın təmiri ilə bağlı - Açıqlama
764 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Opera və Balet Teatrında təmir işlədir davam etdirilir.

Axşam.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında teatrın direktoru, Xalq artisti Yusif Eyvazov deyib. O bildirib ki, Opera və Balet Teatrının səhnəsi köhnəlib:

"Bu gün müasir tamaşaları vermək üçün səhnə yenidən təmir olunmalıdır. Hazırda təmir işləri ilə bağlı aktiv işlər görülür, xaricdən mütəxəssislər dəvət olunub. Teatrın akustika sistemi, orkestrin yerləşdiyi hissə də yenidən təmir olunmalıdır ki, müasir standartlara cavab versin. Biz çalışırıq ki, qısa müddətdə təmir işlərini yekunlaşdıraq, amma təmir işləri yəqin ki, bir ildən çox davam edəcək. Biz gərək teatrı elə bərpa edək ki, bundan sonra yüz il də yaşasın".

Direktor təmir işlərinə baxmayaraq, teatrın fəaliyyətini davam etdirdiyini vurğulayıb.