İş adamı tiktokerlə bağlı açıqlama yaydı

İş adamı tiktokerlə bağlı açıqlama yaydı
1731 dəfə oxunub
  • A-
  • A
  • A+

TikTok sosial şəbəkəsində özünü “Fidan” kimi təqdim edən Çinarə Quliyevanın iş adamı İlham Qədimbəyliyə qarşı səsləndirdiyi iddialar əsassızdır. 

Axşam.az xəbər verir ki, bu barədə İ.Qədimbəyli mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, qarşı tərəf şantaja əl ataraq ondan pul almaq niyyətindədir. Bu səbəbdən də “Fidan” müxtəlif yollarla iş insanının şərəf və ləyaqətinə toxunacaq addımlar atır. 

Həmçinin, İlham Qədimbəyli xanımla bağlı üç ay əvvəl polisə müraciət etdiyini bildirib: 

“Xanım TikTok-da canlı yayımı açarkən ona hədiyyələr atmışam. Arada münasibətimiz yaranıb. O mənim kimliyimi və iş adamı olduğumu bildikdən sonra şantaj etməyə başladı. Məndən muxtəlif vaxtlarda pul istədi. Bir dəfə ona 200 manat göndərəndə, o, “bu nə puldur göndərmisən? Mən sənin üçün dilənçi deyiləm” kimi cavab verdi. Sonra yenə müxtəlif vaxtlarda mənə yazmağa başladı. Əsl adının Çinarə Quliyeva olduğunu bildim. O, məndən davamlı ona hədiyyə atmağı və ya pul göndərməyi tələb etdi. Onunla razılaşmadıqda isə məni canlı yayımda təhqir edəcəyi ilə hədələyirdi. Bu gün də görürsünüz ki, canlı yayımlar açaraq məni və yaxınlarmı təhqir edir. Təxminən 3 ay bundan əvvəl rəsmi şəkildə polisə şikayət ərizəsi vermişəm. Hazırda həmin şikayətlə bağlı araşdırma davam edir. Yayılan video ilə bağlı isə xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməyə hazırlaşıram. Vəkilimə bununla bağlı lazımi tapşırıqlar vermişəm”.