“Ermənilərin yaydığı məlumatlar dezinformasiyadır”

“Ermənilərin yaydığı məlumatlar dezinformasiyadır”
660 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır”.

Bu barədə Axşam.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bir daha bildiririk ki, bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.