Baş Prokurorluqdan sosial şəbəkə istifadəçilərinə müraciət

Baş Prokurorluqdan sosial şəbəkə istifadəçilərinə müraciət
1534 dəfə oxunub
  • A-
  • A
  • A+

Baş Prokurorluq terrorçuluğa qarşı mübarizə ilə bağlı məlumatların verilməsi qaydasına dair məlumat yayıb.

Axşam.az-ın məlumatına görə, Qurumdan bildirilib ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aktları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir.

Aşağıdakı məlumatların yayılmasına yol verilmir:

1) terror əleyhinə əməliyyatların aparılması taktikası və texniki üsulları haqqında;

2) terror əleyhinə aparılan əməliyyatlar zonasında və ya bu zonanın hüdudlarından kənarda olan insanların həyatına və sağlamlığına təhlükə yaradan və terror əleyhinə əməliyyatların aparılmasına əngəllik törədən məlumatlar haqqında;

3) terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatlar haqqında;

4) terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən, habelə bu əməliyyatların aparılmasına kömək edən şəxslər haqqında.

Terror aktları, eləcə də terror əleyinə əməliyyatlarla bağlı yayılması qadağan edilən məlumatın internet informasiya ehtiyatında yerləşdirilməsi inzibati xəta hesab edilir (İnzibati Xətalar Məcəlləsinin 388-1-ci maddəsi) və fiziki şəxslər beş 500 manatdan 1000 manatadək, vəzifəli şəxslər min manatdan 1500 manat məbləğdə inzibati cərimə edilir, yaxud 1 ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.