"Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərinə cəlb olunan Silahlı Qüvvələrimizin hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir".
Axşam.az xəbər verir ki, bunu Müdafiə Nazirliyin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.
O bildirib ki, Azərbaycan Ordusunun bütün növ təminatı da yüksək səviyyədədir.