Konserti təxirə salındı

Konserti təxirə salındı
1671 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Aydin Sani sentyabrın 23-də planlaşdırdığı konsertini təxirə salıb.

Axşam.az xəbər verir ki, tədbir "Yaşıl teatr"da nəzərdə tutulmuşdu. Bu haqda ifaçı özü məlumat yayıb. O bildirib ki, buna səbəb bir neçə gün əvvəl Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinə qarşı aparılan lokal xarakterli antiterror tədbirləridir.

"Həssas dönəmlərdən keçirik. Şəhidlərimiz və yaralılarımız var. Xalqımıza dərin hüznlə başsağlığı verirəm. Qazilərimizə və yaralılarımıza Allahdan şəfa diləyirəm. İfaçılıqdan əvvəl biz Azərbaycan vətəndaşıyıq. Şəhid verdiyimizə görə, konsertimi təxirə salıram. Bilet alanların sualları cavablandırılacaq" deyə, Aydın bildirib.