ATV kanalında yayımlanan daha bir verilişdə dəyişiklik edilib.
Axşam.az xəbər verir ki, səhər saatlarında telekanalda bundan sonra “Xəbərin olsun” layihəsi yayımlanacaq. Verilişin aparıcılığı Kübra Məhərrəmova və Sərdar Aminə həvalə edilib. Proqram həftəiçi 5 gün saat 07:30-da efirə gedəcək.
Qeyd edək ki, daha öncə telekanalın səhər proqramı “ATV Səhər” adlanırdı.