"Həsrətimizə son qoyuldu, haqqımız olanı aldıq"

"Həsrətimizə son qoyuldu, haqqımız olanı aldıq"
1469 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərbaycan xalqı olaraq, çox sevincliyik, çünki artıq qələbə bizimlədir. Bir neçə il əvvəl 44 günlük müharibənin qələbə sevincini yaşadıq. Amma bu gün daha böyük sevinci yaşayırıq ki, Qarabağımız döyünən ürək olaraq artıq bütövləşdi. Həsrətimizə son qoyuldu". 

Axşam.az xəbər verir ki, bu sözləri Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova "Sabahın xeyir, Azərbaycan" proqramına müsahibəsində deyib.

"Bu yolda şəhidlərimiz də oldu. Amma torpaq uğrunda canından keçən varsa, Vətən var. Kaş ki, olmayaydı, amma o şəhidlərimizin, əsgərlərimizin, qazilərimizin sayəsində qələbə əldə etdik. Təbii ki, başda cənab Ali Baş Komandanımız olmaqla. Biz fəxr edirik ki, bizim Prezidentimiz və böyük müzəffər ordumuz və bir olan xalqımız var.

O "Dəmir yumruğ"u hiss edirik. "Dəmir yumruq" olaraq azərbaycançılığımızı və dövlət olmağımızı bütün dünyaya sübut edə bildik. Düşmən qabağımızda sındı, haqqımız olanı aldıq! Mənfur düşmənlərimizin yaşadıqları torpaqlar bizim torpaqlarımızdır" deyə, sənətçi bildirib.