Albert Aqarunovun vurduğu tank Hərbi Qənimətlər Parkında - Video

Albert Aqarunovun vurduğu tank Hərbi Qənimətlər Parkında - Video
2238 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə” simvolu kimi qoyulan tank abidəsi götürülüb.

Axşam.az xəbər verir ki, həmin tank 31 ildən sonra bu gün Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, sözügedən tank Şusaya girməyə cəhd edən ilk tank olub. Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış T-72 tankını bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.