Millət vəkili Qənirə Paşayeva komaya düşüb.
Axşam.az APA-ya istinadən xəbər verir ki, o, dünən gecədən komaya düşüb və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Hazırda orada müalicəsi davam etdirilir.
Deputatın dərmandan komaya düşdüyü bildirilir.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, millət vəkili hazırda Mərkəzi Klinikada süni tənəffüs aparatına qoşulub.
Onun müayinə və müalicəsi üçün Türkiyədən də həkimlər dəvət olunub.
İlkin məlumata görə, Qənirə Paşayevanın səhhətində yaranan problem pəhrizə bağlı qəbul etdiyi dərmanlara görədir.
Qeyd edək ki, Qənirə Paşayeva Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatıdır. Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.