"Sizdə də olur ki, içdən hayqırmaq istəyirsiniz? Sonra… Onsuz kim kimdirsə, qəlbi necə və nədirsə onu anlayacaq deyib, susursunuz".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva sosial şəbəkə hesabında yazıb.
İzləyicilərinə sual ünvanlayan sənətçi "Onun üçün həyatınızı öz istədiyiniz kimi yaşayın, özünüzü sevin. Kiminsə eqosu və istəkləri üzərinə həyatınızı qurmayın. Necə istəyirsinizsə o cür də yaşayın. Onsuz da çox insan sizdən narazı qalacaq. Heç kim sizə dünəni geri verə bilməz. Gec də olsa oyanın" sözlərini əlavə edib.