Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər "Elgizlə izlə" proqramına qatılıb.
Axşam.az xəbər verir ki, Gövhər anası ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, aktrisa sağlığında işləri çox olduğu üçün anasını görə bilmirmiş.
"Anamı yalnız gecə saatlarında işdən qayıdarkən görürdüm. O, gecəyə kimi teatrda çalışırdı. Hər zaman da evə gələndə mənə oyuncaqlar alırdı. Ayaqqabılarını soyunmağa kömək edirdim. Hərdən məni özü ilə çalışdığı teatra aparırdı. Amma çox xatirələr yadımda qalmayıb. Məni nənəm böyüdüb, saxlayıb. Mənə bunlar yuxu kimi gəlir. Anamla bağlı çox qırıq-qırıq xatirələr var".
Qeyd edək ki, Xanım Qafarova xərçəngdən əziyyət çəkirdi və 2014-cü ildə dünyasını dəyişib.