9 yaşlı Selin beynəlxalq müsabiqədə - Fotolar

9 yaşlı Selin beynəlxalq müsabiqədə - Fotolar
879 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada “Bizim nəsil” beynəlxalq uşaq müsabiqəsi keçirilib.

Axşam.az xəbər verir ki, ölkəmizi müsabiqədə 9 yaşlı ifaçı Selin İsgəndərova təmsil edir. Selin uşaqlıqdan musiqi ilə məşğuldur, fortepianoda ifa etməyi öyrənir və vokalçı kimi konsertlərdə çıxış edir.

O, müsabiqədə iştirak etmək üçün Azərbaycan Uşaq Fondu tərəfindən seçilib. AZAL şirkətinin dəstəyi ilə Azərbaycan deleqasiyası artıq Moskva şəhərinə yollanıb.

Dünən açılış və püşkatma mərasimi keçirilib. Azərbaycan təmsilçisi “Xoşbəxtlik quşu” mahnısı ilə finalın ilk yarısında çıxış edəcək. Mahnının müəllifləri Zəhra Bədəlbəyli və Röya Hüseynovadır.

Layihənin rəhbəri – Zəhra Bədəlbəyli, nümayəndə heyətinin rəhbəri Vüsal Qarayevdir. Dizayner qismində isə Samirə İsmayılovadır. Video tanınmış videoqraf Toğrul Həsənov tərəfindən hazırlanıb. Ölkəmizdə müsabiqənin səfiri müğənni Rilaya seçilmişdir. Mahnımızın rəsmi video-çarx premyerası 16 noyabr 20:00-da Selin İsgəndərovanın rəsmi yutub kanalında baş tutacaq.

Müsabiqədə Rusiya, Azərbaycan, Ermənistan, Braziliya, Belarus, Qazaxıstan, Qırğızıstan, Çin, Mavrikiy, Monqolustan, Tacikistan, Özbəkistan və Cənubi Afrika Respublikası iştirak edirlər. Müsabiqənin finalı noyabrın 18-də “Moskva” konsert zalında keçiriləcək.

Səsvermə onlayn və münsiflər tərəfindən olacaq. Noyabrın 16-da isə Moskva vaxtı ilə saat 22:00-dan (Bakı vaxtı ilə saat 23:00-dan) onlayn səsvermə https://www.ourgeneration.tv/ru rəsmi saytında açılacaq.