"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyevanın qızı Aişə ilə bağlı paylaşımı marağa səbəb olub.
Axşam.az xəbər verir ki, fotolarda balaca Aişənin məşhur "Wednesday" filminin qəhrəmanının görünüşünü canlandırdığı əks olunub. Aişə hətta onun rəqsini də təkrarlayıb.
Safurə görüntülərə "Mənim balaca Uenzdeyim" şərhini yazıb.
Qeyd edək ki, Safurə mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailəlidir. Onun üç övladı var. Müğənni hazırda Türkiyədə yaşayır.