Müğənni Elvin Abdullayev “Darıxmışam” adlı yeni ifasını təqdim edib.
Axşam.az xəbər verir ki, mahnının musiqisi mərhum bəstəkar Nailə Mirməmmədliyə məxsusdur. Bəstəni illər əvvəl Xalq artisti Zülfiyyə Xanbabayeva oxuyub.
Elvin bildirib ki, bəstəni yeni aranjimanda, akustik versiyada təqdim edib.