Təranə Könül Kərimova ilə danışmama səbəbini açıqlayıb

Təranə Könül Kərimova ilə danışmama səbəbini açıqlayıb
3252 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə danışmama səbəbini açıqlayıb.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Gül kimi şou"da danışıb. O bildirib ki, buna səbəb həyat yoldaşı Musa Musayevdir:

"Musa qardaşları ilə küsülüdür. Niyaməddin Musayevlə də lazım olanda danışır, lazım olmayanda yox. İndi də danışmırlar. Amma əmisidir. Küsülü olma səbəbləri də mənəm. İstəmirəm ki, gizlədək, elin gözü tərəzidir. Məni sevmirlər, ona görə də Musayla danışmırlar. Bizimlə rastlaşanda bir qardaşı yolunu dəyişir. Mənim öz yerim var, gedib orada otururam. Kiminsə yerini dar eləmirəm. Yeri dar olan başqa stola keçə bilər. Harada yer göstərirlər, gedib əyləşirəm, istəyir Könül Kərimova, Cabbar Musayev, istəyir də Niyaməddin Musayev olsun. Könüllə Cabbar bir yerdədir deyə, mənimlə danışmır. Ona bir pisliyim keçməyib. Əslində belə olmalıdır, onu qınamıram. Çünki bir yerdədirlərsə, o deyəni təsdiq etməlidir, mən deyəni yox. Xalqı aldatmaq olmaz. İnsanlar fikirləşirlər ki, necə olur bir ailədə bu qədər sənətkar var, amma bir araya gəlmirlər. Bəli, danışmırlar".