"Mən buna dözə bilmirəm"

"Mən buna dözə bilmirəm"
17794 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Şəbnəm Tovuzlu həyat yoldaşı ilə bağlı açıqlaması ilə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Xəbərin var?" verilişində danışıb. O bildirib ki, həyat yoldaşı Rafiq Əliyevlə küsülü olanda onu vurur:

"Bəzən olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, necə bu qədər küsülü qalmaq olar? Dözə bilmirəm. Ona zəng edib, ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşərək onu vururam. Amma o heç zaman mənə əl qaldırmaz. Deyirəm ki, tez ol denən məni sevirsən, yoxsa sevmirsən? Sevmirəm deyə bilər?".

Qeyd edək ki, Şəbnəmin ilk evliliyindən Günel adlı qız övladı, R.Əliyevlə nikahından isə Əli adlı oğul övladı var.