"Yerimdən belə qalxa bilmirdim"

"Yerimdən belə qalxa bilmirdim"
3134 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Lətifə Soyuöz keçirdiyi ağır günləri izləyiciləri ilə bölüşüb.

Axşam.az xəbər verir ki, sənətşi son 10 gündür sosial şəbəkə hesabında heç bir paylaşım etmədiyini deyib və bunun səbəbini açıqlayıb. O bildirib ki, virusa yoluxub:

"Çox ağır xəstə idim. Yerimdən belə qalxa bilmirdim. Yeni virus yayılıb, özünüzü qoruyun. Çoxlu vitamin için, telefonu belə əlimə alacaq halım yox idi. İmmunitetinizi qaldırın, özünüzü qoruyun. İnsan üçün ən önəmlisi sağlamlıqdır".