"Dua edirəm ki, Fatimə gec üzr istəsin"

"Dua edirəm ki, Fatimə gec üzr istəsin"
2426 dəfə oxunub
  • A-
  • A
  • A+

"Fatimə Fətəliyevaya məhkəmədə qalib gəldim. Fatimə hələ də məndən üzr istəməyib. Dua edirəm ki, Fatimə gec üzr istəsin. Onu Azərbaycan qanunları ilə bənd-bənd tanış etmək istəyirəm".

Axşam.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli ARB TV-yə müsahibsində deyib. O, rəqqasə Fatimə Fətəliyeva ilə aralarındakı məhkəməən bəhs edib:

"Mən o insanla niyə barışmalıyam ki? Birdir, ikidir, üçdür... Artıq boğazıma qədər dirəndim. İnsan nə qədər zərbə yeyər. O dalaşır, ağzına gələni deyir, sonra da... Önümdəki insan qışqıranda həyatı boyu ona cavab vermirəm".

Qeyd edək ki, N.Səfərli məhkəmədə F. Fətəliyevadan 50 min təzminat istəyib. Bundan sonra Nazilə məhkəmədə qalib gəlib. Fatimə Apellyasiya Məhkəməsinə müraciət edib və uduzub. Qərara əsasən, rəqqasə qarşı tərəfdən üzr istəməli və 500 manat təzminat ödəməlidir.