Tünzalə geyimlərinə görə yazılan tənqidlərə cavab verdi

Tünzalə geyimlərinə görə yazılan tənqidlərə cavab verdi
7878 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hər müğənni özünə görə nümunədir. Nümunə geyimə yox, sənətə görə ölçülür. Geyim tamamən səhnənin ab-havası, obrazı, əlçatmazlığı ifadə edir. Hər hansısa bir sahə sənət sahəsinə bənzəmir"

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Zarafat bir yana" proqramında deyib. Müğənni son vaxtlar geyimlərinin müzakirə edilməsinə münasibət bildirib.

Ağayeva ona ünvanlanan "Siz geyiminizə görə nümunə göstərilirdiniz. İndi hansı müğənni geyimi ilə nümunə göstərilə bilər" suala belə cavab verib:

"Elə insan var ki, xarici ifaçıların geyimini qəbul edir. Amma bizdə nədənsə hesab edirik ki, 70-ci illərdə ifaçılar necə idilərsə, elə də olmalıdır. Elə bir şey yoxdur. Sənətlə, intelektlə, peşəkarlıqla götürülməlidir. Türkiyədə elə müğənnilər var ki, biz onlar qədər cəsarətli deyilik, amma tamaşaçı onları çox sevgi ilə qarşılayır. Qarşımda insanlar var. Əgər mən bir səhnəyə çıxıb, qarşımda olan publikadan seçilməyəcəyəmsə, siz o müğənniyə baxmayacaqsınız. Əgər bir tamaşaçı bir müğənniyə baxıb qıcıq olursa, o, onun beyninin problemidir. Müğənninin problemi deyil".