"Milyonlar ailəni xilas etmədi, əksinə dağıtdı"

"Milyonlar ailəni xilas etmədi, əksinə dağıtdı"
19377 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qadın Allahın əmanətidir. Ona vaxt ayırın, qadın olduğunu hiss etdirin. Sevin, dəyər verin, ağlatmayın, alçaltmayın".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə yazıb. Həyat yoldaşı Günay Baxşəliyevanın xəstələndiyini vurğulayan aparıcı onun videosunu yayımlayaraq, bunları əlavə edib:

"Sevgi qayğıdan doğar. Diqqət, sevgi pullu deyil. Bu gün bir tanış, imkanlı ailənin dağıldığını eşitdim, çox məyus oldum. Günaya danışıram, bayaqdan o da şoka düşdü. Evləri, maşınları, villaları, amma nə olsun, nəyi xilas elədi o milyonlar? Əksinə dağıtdı. Bir daha əmin oldum ki, dəyər olmayan yerdə, milyonun da dəyəri yoxdur.

Günaya görə narahat olub, yazan hər kəsə təşəkkür edirik. Şükür, indi yaxşıdır. Allah heç bir qadını xəstə eləməsin. Dünən əməlli yoruldum".