Elariz oğlunun toyunu buna görə İstanbulda edib

Elariz oğlunun toyunu buna görə İstanbulda edib
8043 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Elariz Məmmədoğlu oğlu Məmmədə İstanbulda toy edib. 

Axşam.az xəbər verir ki, sənətçi "Elgizlə izlə" verilişinə zəng edərək, toy haqqında danışıb. O bildirib ki, məclisə Azərbaycan ifaçılarından Arzu Rzayevi dəvət edib:

"Yaxın qohumlarım, dostlarımı çağırdım. Toyda Arzu Rzayev oldu. Biletini də aldım, otelinin də pulunu ödədim. Çox pulgir adamdır". 

Elariz övladına İstanbulda toy etməsinin səbəbini açıqlayıb:

"Çünki oğlum İstanbulda vəkil kimi çalışır. Dost-tanışı İstanbuldadır. Türkiyədə olan bütün azərbaycanlılar ona müraciət edir. Bakıda toy etsəydim, gərək hamı ora gələrdi".

Qeyd edək ki, Məmməd Mehriban adlı xanımla ailə qurub.