Xatirə onu polisə şikayət etdi

Xatirə onu polisə şikayət etdi
2486 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Xatirə İslam polisə müraciət edib. 

Axşam.az xəbər verir ki, sənətçi Gülnisə Feyzullayeva adlı dərzidən şikayətçidir. Belə ki, Xatirə dərzinin onun parçalarını tikmək adı ilə alıb, sonra zənglərə cavab vermədiyini iddia edib.

"Bu dərzini tanıyan, bilən varsa, bizə yazsın. Bütün parçalarımızı tikmək üçün aparıb, lakin zənglərə cavab vermir. Ölkəmizdə olan qayda0qanunlara güvənirəm" deyə, yazan ifaçı Daxili İşlər Nazirliyinin səhifəsini işarəyələk "Şikayətimi qəbul edin" sözlərini əlavə edib.