"Müğənnilər nankordular" - Qorxmaz Əlili

"Müğənnilər nankordular" - Qorxmaz Əlili
1696 dəfə oxunub
  • A-
  • A
  • A+

"Oxuyan sinfi ruslar demişkən, çox “неблагодарные” (nankordurlar – red.). Çünki şöhrət onların başlarını gicəlləndirir".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Qorxmaz Əlili qonaq olduğu "Elgizlə izlə" verilişində deyib. Aktyor müğənniləri tənqid edib:

"Muğam oxuyan bir xanəndə tanıyıram ki, onun iki müəllimi olub. Bir müəlliminin adı yüksək olduğu üçün ondan istifadə edib. Digər müəllimin də adı yüksəkdir, sadəcə onun qorxusundan bunun adını çəkmir. Amma ilk müəllimi də bu olub. Müğənnilər onlara edilən yaxşılıqları sonradan itirirlər. Belə nəticəyə gəlmişəm ki, gərək, müğənnilərin 95 faizinin əlindən tutub önə aparmayasan. Qoy, öz əziyyəti ilə nələrsə əldə etsin. Onlar məni yandırmır, qoy özləri yansın".