"35 ildir bəs mən nə edirəm?" - Aygün Kazımovadan sevənlərinə

"35 ildir bəs mən nə edirəm?" - Aygün Kazımovadan sevənlərinə
3186 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Aygün Kazımova ötən gün Bakıda açılışı olan "Soyuq əllər, isti ürək" yarmarkasına qatılıb. 

Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu səhnəyə çıxaraq mahnılar səsləndirib. Sevənləri Pop divanı dinləmək üçün izdiham yaradıblar. 

Kazımova hit olan mahnılarını pərəstişkarları ilə birlikdə oxuyub. Hətta müğənni sevənlərinin istəyi ilə çıxış saatı bitəndən sonra yenidən səhnəyə qayıdıb, "Çalxala" mahnısını ifa edib.

Aygün Kazımova onların istəyinə "Siz istəyəsiniz, mən oxumayım? Elə şey olar? 35 ildir bəs mən nə edirəm?" sözləri ilə cavab verib.