"Boşanan təkcə mən idim?" - Xoşqədəm

"Boşanan təkcə mən idim?" - Xoşqədəm
6631 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Xoşqədəm Hidayətqızı müğənni həyat yoldaşı Doğuşla boşanma xəbərlərinə reaksiya verib.

Axşam.az xəbər verir ki, bu haqda verilişində danışan aparıcı yazılan şərhlərdən gileylənib.

"Bizim boşanma xəbərimiz yayıldı. Şərhləri oxuyurdum, hamı nələr yazırdı. Allah heç bir ailəyə ayrılıq qismət etməsin. Uşaqlar var. Amma oturub düşündüm ki, boşanan bir mən idim? Hansı beyinlə yaşayırsınız? Heç bir xanım istəməz ki, yuvası dağılısın. Bütün xanımlar xoşbəxt olmaq istəyir. Amma Allahın yazdığı bir qismət var, ondan heç kim qaça bilməz" deyə, Xoşqədəm deyib.

Qeyd edək ki, Esra adlı xanım "Dini nikah kəsdirdiyimiz gün yanımızda Doğuşun meneceri və iki rəfiqəm vardı. Mənim xəbərim yox idi. Nikah kəsən insan gəldikdə bunu anladım. Doğuş öncədən dini nikah kəsdirməklə bağlı təklif etmədi, süpriz oldu. Amma evli idi, mən boşanacağını zənn edirdim" sözlərini deyib. Doğuş və Xoşqədəm qarşı tərəfi məhkəməyə verib.