Bu dəfə də alınmadı - Fotolar

Bu dəfə də alınmadı - Fotolar
8752 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün İstanbulda keçirilən "Altın kelebek" mükafatlandırma gecəsində Azərbaycandan müğənni Samirə Əfəndi, aparıcı Kəmalə Piriyeva və bloger Nəcibə Əhmədli yer alıblar. 

Axşam.az xəbər verir ki, "Azərbaycanın ən parlayan ulduzu" mükafatına layiq görülən Kəmalə, Samirə və Nəcibənin geyimi tənqid olunub. 

Kəmalə gecəyə ağ uzun libas geyinib. Onun paltarının ətəyinin uzun olması, pencəyinin qollarının ona böyük qalması bəyənilməyib. Kəmalə sanki öz ölçüsünə uyğun libas tapa bilməyib. Aparıcının sinə dekoltesi, saç və makiyajı isə ümumi görünüşü arasında ən yaxşı görünən olub. 

Nəcibənin də geyimi bəyənilməyənlərdən olub. Onun ağ libası tənqid edilib. Nəcibə obrazını sadə makiyaj və saç düzümü ilə tamamlayıb. Bu da onu gecənin digər ulduzları yanında daha sönük göstərib. İzləyiciləri ondan fərqli obraz gözlədiklərini yazıblar. Bir çoxları isə Nəcibənin digər paylaşımlarında daha şık geyindiyini vurğulayıblar. 

Samirə isə gecəyə qızılı qısa geyimlə qatılıb. Onun paltarının qarşısındakı böyük aksessuar incə bədən quruluşunu kobud göstərib. Hətta Samirənin sərbəst hərəkət etməsinə də mane olub. İfaçının saç düzümü də bəyənilməyib.

Qeyd edək ki, bundan əvvəl də "Altın kelebek" gecəsinə qatılan azərbaycanlılar tənqid edilib. Onlar arasında ən çox ünvanına mənfi fikir bildirilən isə Nahidə Babaşlı olmuşdu.