ATV-də yayımlanan "Bizimləsən" verilişində gözlənilməz hadisə yaşanıb.
Axşam.az xəbər verir ki, Nigar adlı qadın proqrama gələrək həyat yoldaşının ona 17 yaşlı qızla sevgili olduğunu iddia edib.
Aparıcı Zaur Baxşəliyeva "Həyat yoldaşı onu 17 yaşlı qızla aldadır. Qız isə hamilədir. Kişi xanımına deyir ki, ikiniz də bir evdə qalacaqsınız. Qadın isə bunu həzm edə bilməyəcəyini söyləyib və studiyamıza gəlib" sözlərini söyləyib.
Nigar adlı xanım isə ərinin onun övladını əlindən aldığını bildirib:
"Oğlumu götürüb ki, vermirəm. Bir qız, bir oğul övladım var. 12 ildir ailəliyik. Bu müddət ərzində dəfələrlə xəyanət edib. Boşanmaq üçün ərizə vermişəm. Gəlib yalvarıb, mən də ailəm dağılmasın deyib qalmışam".