"Açıq geyinməsinlər, efirə baxanda utanıram"

"Açıq geyinməsinlər, efirə baxanda utanıram"
13475 dəfə oxunub
  • A-
  • A
  • A+

"Azərbaycanda oriental rəqs qəbul olunmur. Mənəvi olaraq çox çətindir. Özümə qəbul etdirə bilmədim. Ona görə də rəqsimin ən tələbolunan vaxtında onunla sağollaşdım".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni-rəqqasə Sevda Sanəliyeva "Özəl" proqramına açıqlamasında deyib. Sənətçi bir müddət yaradıcılığına fasilə verməsindən danışıb:

"Övladlarıma görə sənətə fasilə verdim. İstəmədim uşaqlarım dayə əlində böyüsün. Daha sonra isə anamı itirdim deyə fasilə verdim. Televiziyadan uzaqlaşsam da, səhnədə olurdum. Uşaqlarıma görə son nəfəsimə qədər sevə-sevə sənəti ataram".

Sevda sənət dostlarından gileylənib:

"Məni görəndə necə tərifləyirlər, amma efirdə bir dəfə adımı çəkmirlər. Niyə adım çəkilmir? Şou-biznesdə xoşuma gəlməyən çox şey var. Çox istəyərdim efirdə şəxsi söhbət olmasın, bir-biri ilə dalaşmasınlar. İzləyiciyə hörmətsizlikdir. Mən, böyüyüm, övladım baxır. Utanıram... Bir də efirdə açıq geyinmələrini istəməzdim. Geyimə diqqət edilsin".