"ATV-də yaşadığım stresə görə övladımı itirdim"

"ATV-də yaşadığım stresə görə övladımı itirdim"
13911 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Xoşqədəm Hidayətqızı və müğənni həyat yoldaşı Doğuş arasında canlı yayımda mübahisə düşüb. 

Axşam.az xəbər verir ki, Doğuş "Günaydın, Azərbaycan" proqramında Xoşqədəmi yamsılayıb. Aparıcı isə əsəbiləşərək, ağlayıb. O, daha sonra küsməyinin səbəbini açıqlayıb:

"Hamiləlik vaxtı çox çətin anlar yaşamışdım. Çalışdığım kanalı tərk etdim, övladımı itirdim. ATV-dən ayrılarkən həmin stresdən itirdim. Əkizlərimə hamilə olanda isə proqramımın bağlanma xəbərini eşitdim. Efirdə qulağıma dedilər ki, şura bu tip verilişlərin bağlanmasına qərar verib. Özümə dedim ki, hər şey gözəldir və sənə stres yaşamaq olmaz. İndi Doğuşun həmin çətin anlarımı xatırlatması xətrimə dəydi".