"Komersiya mahnıları oxumalıyıq. Biz iqtisadiyyatı bilməliyik. Çünki evi dolandırmalıyıq".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Bu axşam" proqramında deyib. Müğənni bayağı mahnılardan söz açıb:
"İldə bir dəfə elə mahnı oxuya bilərik. Lap dibə düşmək, biabırçı olmaq lazım deyil. Komersiya mahnılarının da yaxşısı var. El şənliklərində oxumaq üçündür. Hər zaman ciddi mahnı olmaz ki...".