Elvindən duet ortağı ilə bağlı açıqlama

Elvindən duet ortağı ilə bağlı açıqlama
956 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Elvin Abdullayev türkiyəli iş adamının qızı Asıl Küçüklə duet oxuyub.

Axşam.az-ın məlumatına görə, klip çəkilişi üçün Ankaraya yollanan Elvin "Bitmez" adlı mahnını özü bəstələyib. Mahnının sözlərini Arzu Yahyayeva yazıb. 

Elvin bildirib ki, bu Asılla ilk duetləri olsa da, sonuncu olmayacaq. O, bundan sonra silsilə duetlər təqdim edəcəklərini açıqlayıb.

"Asıl istedadlı bir xanımdır. Məmnunam ki, onunla duet oxudum" deyə, Elvin bildirib.

Asıl isə "İlk işimdir. Çox həyəcanlıyam. Mahnı da əladır. Elvinlə bir araya gəldiyim üçün şanslıyam. İnanıram ki, hisslərimi mahnıda əks etdirə bildim. Bunun davamı da olacaq. Azərbaycan mahnıları səsləndirəcəyik." deyə, əlavə edib.