"Uşağı boşanmaqla bağlı mahnı oxumağa məcbur etməyin"

"Uşağı boşanmaqla bağlı mahnı oxumağa məcbur etməyin"
1544 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Abbas Bağırov sosial media hesabında paylaşım edərək valideynlərə səslənib.

Axşam.az xəbər verir ki, müğənni valideynləri uşaqlarına zövqlü mahnılar öyrətməyə, dinlətməyə çağırıb. O, bəzi mahnıların uşaqların tərbiyəsini pozduğunu vurğulayıb:

"Bu uşaqlar gürcüdür. Baxın, uşaqlara öz yaşlarına uyğun mahnılar seçirlər ki, zövq alır oxuduğundan. Bu uşaqlar evlərində musiqi dinləyəndə, belə verilişlərdə ifa edəndə düşünürlər ki, mədəniyyətlərini göstərirlər. Mən də istəyirəm bizim uşaqlar elə öz gözəl musiqilərimizlə böyüsünlər. Gözəl, zövqlü gələcəkləri olsun. Bəzi valideynlər 3 saat 12 dəqiqəlik lazımsız trendə görə 3 yaşında uşağı ailənin boşanmasından mahnı oxumağa məcbur etməsinlər. Uşağın həm tərbiyəsini, həm zövqünü korlamasınlar. Ata-ana evdə uşağa tərbiyə verirsə, musiqi də bir tərbiyədir, özü də təsirli mədəniyyətdir. Zövqsüz musiqinin fəsadları var. "Az" "mama", çay ver", "Ə" "papa", uşaqlarla qəlyandayam, gələcəyəm də, "davay", sağol" kimi uşaqlardan böyüklərə "tərbiyə" verən musiqimiz də var. Əgər buna musiqi demək olarsa!

Bizim nənə-babalarımız "Ay eyvandakı", "İran təranələri", "Şirin çay", nə bilim daha o biri biabırçı mövzularda mahnıları demirəm, böyüklərimiz oynamayıb, rəqs etməyib, dinləməyib heç vaxt?"