"Bu, Bakıya 19-cu səfərim idi" - Qalkin

"Bu, Bakıya 19-cu səfərim idi" - Qalkin
1089 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkinin ötən gün Bakıda konserti baş tutub.

Axşam.az xəbər verir ki, şoumen gecədən görüntüləri sosial media hesabında paylaşaraq tamaşaçılara təşəkkür edib:

"Təşəkkür edirəm, sevimli Bakı! Təşəkkür edirəm, əziz izləyicilərim! Bu, 22 illik solo konsertim dövrümdə Azərbaycanın paytaxtına 19-cu səfərimdir. Hər səfərimdə ilk dəfəki qədər sevincli təəssüratlarım olur".