Bakı kosmosdan belə görünür - Foto

Bakı kosmosdan belə görünür - Foto
2411 dəfə oxunub
  • A-
  • A
  • A+

"Roskosmos" kosmonavtlar korpusunun komandiri Oleq Kononenko Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində Bakının fotolarını çəkib.

Axşam.az TASS-a istinadən xəbər verir ki, o, şair Vladimir Mayakovskinin Bakı haqqında yazdığı "Külək şəhəri" şerindən sitat da gətirib:

Bakı.
Külək şəhəri.
Qum tüpürür gözlərə
Bakı.
Odlar şəhəri.
Alovlu Balaxanı.

Qeyd edək ki, bundan əvvəl kosmonavt Ankara, Nyu York və Qahirənin şəkillərini çəkmişdi.