Cavanşir Quliyev bu gün əməliyyat olunacaq

Cavanşir Quliyev bu gün əməliyyat olunacaq
1983 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub. 

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Heydər Əliyev Fondundan məlumat verilib. Bildirilib ki, 74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək. 

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşmişdi. Onun beyninə qan sızdığı bildirilir. 

Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.