"Dedi ki, hər şey yolundadır"

"Dedi ki, hər şey yolundadır"
1170 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Nailə İslamzadə Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevlə bağlı məlumat yayıb.

Axşam.az xəbər verir ki, aparıcı bəstəkarın ölüm xəbəri yayıldıqdan sonra keçmiş həyat yoldaşı Ülkər Quliyeva ilə danışdığını, səhhətinin yaxşı olduğunu söyləyib:

"Ülkər (Cavanşir Quliyevin keçmiş həyat yoldaşı - red.) dedi ki, hər şey yolundadır. İnşallah, yolunda da olar. Cavanşir müəllimin xəstə olduğunu hamı bilir. Əməliyyat olunacaq".

Qeyd edək ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşmişdi. Onun beyninə qan sızdığı bildirilir. 

Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.