Naibə Allahverdiyeva ad günündə ən böyük arzusunu gerçəkləşdirəcək

Naibə Allahverdiyeva ad günündə ən böyük arzusunu gerçəkləşdirəcək
1279 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Naibə Allahverdiyeva yubileyinə hazırlaşır.

Bu haqda 60 yaşlı aktrisa Axşam.az-a açıqlamasında deyib. Allahverdiyeva bildirib ki, ad günündə ən böyük arzusunu gerçəkləşdirəcək:

"Yubileyim martın 10-da Teatr Günündə olacaq. Həmin gün illərlə arzuladığım obrazları oynayacağam. Hamısı da gənc obrazlardır. Həmin obrazları vaxtında canlandırmaq qismət olmadı. Hətta bir səhnə var ki, orada 16 yaşlı qızı canlandıracağam. Tamaşalarda həmkarlarım da mənimlə birlikdə çıxış edəcək. Hazırlıqlar çoxdan başlayıb. İnanıram ki, çox maraqlı olacaq".