Eyyub Yaqubovdan haqqında yayılan xəbərə reaksiya

Eyyub Yaqubovdan haqqında yayılan xəbərə reaksiya
2017 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Eyyub Yaqubov 23 fevral (Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü) kişilər günü münasibətiylə konsert verəcəyi haqda xəbərlərə aydınlıq gətirib. 

Axşam.az-ın məlumatına görə, müğənni hazırlanan anonsdan narahat olduğunu bildirib. O qeyd edib ki, həmin tarix onun üçün adi bir gündür:

"Əziz izləyicilərim, bildirmək istəyirəm ki, əyləncə məkanlarından birində 23 fevral tarixinə keçirilməsi planlaşdırılan konsertimin "Kişilər günü” adı altında anons olunmasına qəti qarşıyam və bu haqda iradımı təşkilatçıya bildirmişəm. İlk olaraq bildirim ki, mənim üçün "kişilər günü” deyilən bir anlayış yoxdur. Mən 23 fevral tarixində adi bir gün kimi sevənlərimin qarşısında çıxış etmək üçün bu təklifi qəbul etmişəm. Məkanın və təşkilatçının mənim xəbərim olmadan bu adla konsertimi izləyiciyə təqdim etməsi yanlışdır. 44 günlük müharibədə qələbə qazanan və 3000 şəhid verən ölkənin vətəndaşları üçün hər gün "Kişilər günü”dür".

Konsertin keçiriləcəyi məkan daha sonra tanıtım çarxını yayımdan qaldırıb.