Əli Mirəliyev niyə xəstəxanaya yerləşdirilib?

Əli Mirəliyev niyə xəstəxanaya yerləşdirilib?
1386 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, müğənni Əli Mirəliyev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. 

Axşam.az-ın məlumatına görə, ifaçı artıq evə buraxılıb. "Elgizlə izlə" proqramına gələn Ə.Mirəliyev xəstəxanaya yerləşdirilməsinin səbəbini açıqlayıb:

"Gördüm ki, mədəm şişdi. Beş gün belə oldum. Evdə tək idim, yemək istəyirdim. Balıq yedim. Xanım demişdi ki, qabığını soyarsan. Mən də qabıqlı yedim. Bədənim ağrıyır, danışmıram, dözürəm. Sonra başladı sancılarım yaranmağa, idman etdim ki, keçər. Təzyiqim qalxıb 200-ə. Səhər saat beşdə adam çağırdım ki, gedək xəstəxanaya. Dedilər ki, vəziyyətin pisdir. Gəldim evə, iki gün sistem köçürtdülər. Sonra ağrı kəsmədi və xəstəxanaya yerləşdirildim. İndi yaxşıyam".

Aparıcı Elgiz Əkbər isə "Biz artıq onun yasının harada olacağını, dəfnin yerini danışırdıq. Həkimlər deyiblər ki, səndə şişdir. Əməliyyata bir neçə saat qalmış möcüzə baş verib. Şiş də yox olub, sağalıb" sözlərini deyib.