Onların fikrincə birinci Ukraynadır

Onların fikrincə birinci Ukraynadır
368 dəfə oxunub
  • A-
  • A
  • A+

68-cisi keçiriləcək "Avroviziya" mahnı müsabiqəsi ilə bağlı bukmeykerlər proqnozlar verməyə başlayıb.

Axşam.az xəbər verir ki, Avropa bukmeker kontorları artıq qalib hesab etdikləri təmsilçiyə mərclər qoyurlar. Onların "Eurovisionworld.com" saytında dərc olunmuş ilk proqnozlarında birinci Ukraynadır. Qeyd edilib ki, onların qalib gəlmə əmsalı 19 faizdir. İtaliya və Böyük Britaniya isə 7 faiz səs toplayaraq ikinci yerə layiq görülüb. İlk beşliyi İslandiya (6%) və İsrail (5%) tamamlayır.

Qeyd edək ki, bukmeker kontorlarının "Avroviziya 2024"ün qalibi olmaq üçün əsas favoritinə çevrilmiş beş ölkədən yalnız ikisi öz müsabiqə mahnılarını təqdim ediblər. Ukraynanı Alyona Alyona və Cerri Heil "Teresa & Maria” mahnısı ilə təmsil edəcək.İtaliya isə uzun müddət sonra ilk dəfə yarışmaya qadın təmsilçi göndərəcək. Ölkəni Ancelina Manqo “La noia” mahnısını ilə təmsil edəcək.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.