Müğənni Elçin Cəfərov həyat yoldaşı Aydandan boşanması haqda yayılan xəbərlərdən sonra sükutu pozub.
Axşam.az xəbər verir ki, sənətçi instaqram hesabında bunları yazıb:
"Haqqında haradasa nahaqq danışırlarsa, üzülmə. Yaxşı insan olduğuna inanırsansa, Allah sənin haqqını müdafiə edən birini orada dilləndirəcək. Sən o adamı tanımasan belə...".
Qeyd edək ki, cütlüyün boşanması haqda xəbəri "Metbuat.az" saytı yayıb. Aydan Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızıdır. 2016-cı ilin aprelində ailə quran cütlüyün bir oğlu var.