Sevinc Fuad Əlişovla münasibətlərindən danışdı

Sevinc Fuad Əlişovla münasibətlərindən danışdı
12254 dəfə oxunub
  • A-
  • A
  • A+

"Övladlarım ataları ilə görüşür. Mənim də Fuadla münasibətim yaxşıdır. Dost deyilik, uşaqların valideyniyik. Biz nə qədər bir-birimizə yaxşı yanaşsaq, uşaqlar da yaxşı olar. Uşaqların atalarıdır, mənimlə bərabər onların tərbiyəsi ilə məşğuldur".

Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Sevinc Əliyeva "10-da görüşək" proqramında deyib. Sənətçi keçmiş həyat yoldaşı, rejissor Fuad Əlişovla münasibətlərindən danışıb: 

"9 il ailəli qaldıq. Bu haqda danışan deyiləm. Uşaqlarım böyükdür, indi verilişə baxırlar. Qəşəng mövzudan danışaq. Ailələr var ki, qırğın, məhkəmə... Buradan valideynlərə deyirəm ki, sizin davanız bitəcək. Amma uşaq 30 yaşda psixoloq əlində qalacaq. Övladları davaya qatmayın".

Qeyd edək ki, Fuad və Sevinc cütlüyünün bu nikahdan üç övladı var.