"Xocalını bizə Çingiz göstərdi" - Vüsalə kövrəldi

"Xocalını bizə Çingiz göstərdi" - Vüsalə kövrəldi
1760 dəfə oxunub
  • A-
  • A
  • A+

"Xocalı adı gələndə unudulmaması gərəkən bir ad var idi: Milli qəhrəman Çingiz Mustafayev. Xocalını bizə Çingiz göstərdi, oradakı körpələri tarixə çevirdi. Azərbaycan xalqının igid oğlu Çingiz, hər birimiz üçün tarix oldun. İndi bax Xocalıya.  Xocalıda üstü qan görən çiçəklər başqa açır, qar başqa cür yağır bu gün. Xocalıda qızlar, oğlanlar toy etməyə hazırlaşır bu gün. Dünya Xocalıya ədalət vermədi, amma biz buna bir gün nail olacağıq". 

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "İncə səhər" proqramında deyib. Xocalı soyqırımından danışan aparıcı Milli qəhrəman Çingiz Mustafayevi xatırlayaraq sözlərinə belə davam edib:

"Xocalını bütün dünyaya göstərən Çingiz gəl, gəl indi bax Xocalıya… Uşaq-böyük, qadın-kişi fərqinə varmadan qanımızı töküb, ürəyimizə dağ çəkən düşməni, bir güllə belə atmadan çıxartdıq Xocalıdan. 30 illik həsrətimizin acısı, xofu qorxutdu cılız düşməni. Xocalı müsibətinə şahit olan Kətik meşəsi gizlədiyi körpələrin oğullu-qızlı yolunu gözləyir bu gün. Xocalıda Azərbaycan bayrağı dalğalınır bu gün".