Elza Seyidcahan Xocalı abidəsini ziyarət etdi - Fotolar

Elza Seyidcahan Xocalı abidəsini ziyarət etdi - Fotolar
690 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Elza Seyidcahan bacısı Rasimə ilə birlikdə Xocalı soyqırımı abidəsini ziyarət edib.

Axşam.az xəbər verir ki, bununla bağlı fotoları sənətçi sosial şəbəkədə paylaşıb.

Onlar abidənin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla yad ediblər.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.