Norveçli müğənni və skripkaçı, “Avroviziya 2009-un” qalibi Aleksandr Rıbak Azərbaycana gəlib.
Axşam.az xəbər verir ki, ifaçı Dağüstü parkda, Bakının fonunda lentə aldığı videonu sosial media hesabında paylaşıb.
O, “Avropa səmaları” mahnısını ifa edib.
Xatırladaq ki, A.Rıbak 2009-cu ildə “Farytale” mahnısı ilə sözügedən müsabiqədə birincilik əldə edib.
Onun sabah Bakıda konserti olacaq.