6 ildir davam edən məhkəmə bitdi

6 ildir davam edən məhkəmə bitdi
4868 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Şəbnəm Tapdıqla müğənni Şəbnəm Tovuzlu arasında "Elgizlə izlə" proqramında mübahisə düşüb.

Axşam.az xəbər verir ki, Şəbnəm Ş.Tapdığın olduğu efirə zəng vuraraq, aralarındakı məhkəmədən danışıb. O, ifaçıya barışıq əli uzadıb:

"Üç dəfə bizə məktub gəlib, Bakıda olmadığım üçün məhkəməyə getmədim. Məndən nə istəyir? 6 ildir məhkəmə davam edir. Mehriban olmaq daha yaxşıdır. Şəbnəm xanıma böyük kimi hörmət edirəm. Minlərlə Şəbnəm var. Mənim adımı dəyişməyim sizə böyük qonorar verəcəksə, adımın yanına bir ləqəb qoyum. Ona sual vermək istəyirəm ki, məndən nə istəyir?".

Ş.Tapdıq isə "Siz vergüllə danışırsınız, mən nöqtə qoydum" cavabını verib.  

Şəbnəm Tovuzlu Axşam.az-a açıqlamasında bildirib ki, növbəti məhkəmə iclası bu günə təyin edilib. Amma Ş.Tapdıq məhkəmədən imtina edib və aralarında barışıq olub:

"Məhkəmədən imtina etdi. Ona qarşı heç bir hörmətsizlik etmədim. O da özü barışıq elan etdi".